25.10.2018

“Hüquqi dövlətin əsasları” mövzusunda  tədbir

“Uşaq hüquqları aylığı” çərçivəsində Qusar rayonunun ümumtəhsil müəssisələrində müxtəlif tədbirlər həyata keçirilir.

 Oktyabr ayının 24-də  T. İsmayılov adına Qusar şəhər 6 saylı tam orta məktəbində rayon Təhsil Şöbəsi və Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə “Hüquqi dövlətin əsasları” mövzusunda keçirilən tədbirdə rayon icra hakimiyyətinin rəsmiləri, Azərbaycan Respublikası Ombudsman aparatının Quba Regional Mərkəzinin nümayəndələri iştirak edib.

Tədbirdə məruzə və çıxışlar dinlənilib, şagirdləri maraqlandıran suallara cavablar verilib.


Açar sözlər: ,