29.10.2018

“e Twinning  Plus   Azərbaycan”   layihəsi    çərçivəsində     tədbir 

Oktyabr  ayının  27-də   T. İsmayılov  adına   Qusar    şəhər   6  saylı  tam  orta  məktəbində  “e Twinning  Plus   Azərbaycan”   layihəsi    çərçivəsində     tədbir    keçirilib.  Tədbiri    giriş    sözü  ilə açan  RTŞ-nin  Metodik    kabinetinin    direktoru    Q. Muradov   respublikamızda    təhsil    sektorunun   inkişafı,   təlim     keyfiyyətinin    yüksəldilməsi     istiqamətində     həyata     keçirilən    layihələr,   onların   əhəmiyyəti    barədə     danışıb.

“e Twinning”    Plus  Azərbaycan”    layihəsinin    səfiri     Aliyə  Ağayeva   görüş    iştirakçılarını      layihədə    qeydiyyatdan     keçmək    qaydaları,   layihənin    mahiyyəti   ilə  tanış   edib,  müəllimləri    maraqlandıran    sualları    cavablandırıb.

Qeyd olunub ki, Qusar   rayonu    üzrə   20   ümumtəhsil    məktəbi  “e Twinning “  layihəsinə  qoşulub.


Açar sözlər: