05.11.2018

“Viqas Med” Quba Psixoloji və Nitq İnkişaf Mərkəzi Qusar şəhərində tədbir keçirib

    Qala Media MMC-nin rəhbəri M. Xaspoladovun təşkilatçılığı və Qusar Rayon İcra Hakimiyyətinin dəstəyi ilə 04 noyabr 2018-ci il tarixində “Viqas Med” Quba Psixoloji və Nitq İnkişaf Mərkəzi tərəfindən Qusar şəhər 1 saylı tam orta məktəbində 2 yaşdan yuxarı uşaqlar üçün psixoloq, loqoped, nevroloq və allerqoloq tərəfindən ödənişsiz qəbul keçirilib. Qəbulda 120 nəfərə qədər uşağa qeyd olunan istiqamətlər üzrə xidmət göstərilib.

    Tədbirdə “Viqas Med” Quba Psixoloji və Nitq İnkişaf Mərkəzinin rəhbəri F. Bağırova, mərkəzin təmsilçisi H. Cavadova, Azərbaycan Dövlət pedoqoji Universiteti  Quba filialının pedaqoji fakültəsinin dekan müavini N. Bayramova, psixoloq-konsultant N. Əskərova, nevroloq V. Azimov, allerqoloq K. Azimova uşaqların müayinəsini aparıb.

    Valideynlərin xahişlərini nəzərə alaraq kənd yerlərində də bu istiqamətdə tədbirlərin keçirilməsi nəzərdə tutulub.


Açar sözlər: ,