08.11.2018

Məktəblərdə bayram tədbirləri

    Qusar şəhər 6 saylı tam orta məktəbində 9-noyabr Dövlət Bayrağı Günü təntənəli şəkildə qeyd olunub. Tədbiri açan məktəbin direktoru N.Kliçova  şagird və müəllimləri bayram münasibəti ilə təbrik edib. Daha sonra məktəbin tarix müəllimi İ. Xasmətova bayrağın yaranma  tarixi, bayrağımızın Azərbaycan xalqının tarixi keçmişi, dövlətçilik ideyalarının formalaşması və milli özünüdərk prosesində yeri haqqında ətraflı məlumat verib. 

    E. Güləliyev adına şəhər 2 saylı tam orta məktəbində “Bayrağım mənim, şərəfim, şanım mənim” mövzusunda keçirilən bayram tədbirində çıxış edən məktəbin təşkilatçısı S. Əlibəyova xüsusi qeyd edib ki, Azərbaycan dövlətinin müstəqilliyini simvolizə edən bayrağı, gerbi və himninə-onun suverenliyini tərənnüm edən bu rəmzlərə təhsil müəssisələrimizdə  hədsiz hörmətlə yanaşılır. Hər bir Azərbaycan vətəndaşı milli bayrağımıza, gerbimizə və himnimizə ehtiram göstərir, bunu özünün müqəddəs borcu kimi qəbul edir. Son  illər müstəqil Azərbaycanın üçrəngli bayrağı daha da yüksəklərə qaldırılmış, ölkəmizin beynəlxalq mövqeyi daha da möhkəmlənmişdir.

Tədbirlərdə məktəblərin müəllim və şagirdlərinin hazırladığı ədəbi-bədii kompozisiyalar səslənib, dövlət bayrağına həsr olunmuş şeirlər oxunub, milli rəqslər ifa olunub.


Açar sözlər: ,