12.11.2018

“Təhsildə psixologiya” mövzusunda seminar

11 noyabr 2018-ci il tarixində Qusar rayon Gənclər Evində “Viqas Med” Quba və Qala Media MMC-nin birgə layihəsi olan “Təhsildə psixologiya” mövzusunda seminar keçirilib. Seminarda kənd məktəblərinin ibtidai sinif müəllimləri, psixoloqları və valideynlər iştirak edib. ” Viqas Med”  psixoloji və nitq inkişaf mərkəzinin rəhbəri loqoped F. Bağırova və ADPU-nun Quba filialının dekan müavini psixoloq  N. Bayramova tərəfindən keçilən tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb və uşaqlarda nitq qüsurları və uşaq psixologiyası mövzusu ətrafında geniş fikir mübadiləsi aparılıb.

Seminarda iştirak edən Qusar RTŞ-nin Metodik Mərkəzinin ibtidai siniflər üzrə mütodisti N. Babayeva qeyd edib ki, rayonun kənd ümumtəhsil müəssisələrini təmsil edən 70 - dən çox pedaqoqun iştirak etdiyi tədbir diskussiya şəraitində keçib və belə tədbirlər uşaqların psixoloji cəhətdən məktəbə adaptasiya olunmasında , nitq qüsurları olan uşaqlarla işin qurulmasında yardımçı olacaqdır.


Açar sözlər: ,  ,