12.11.2018

Məktəbdə ağacəkmə aksiyası

        Noyabrın 10-da şəhid S. Abdulkərimov adına  Balaqusar kənd tam orta məktəbinin müəllim və şagird kollektivi məktəbin ərazisində "Gələcəyimiz üçün ağac əkək" devizi altında ağacəkmə aksiyası keçirib. Aksiyanın keçirilməsində məqsəd ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirmək, şagirdlərin diqqətini yaşıllıqların qorunmasına yönəltməkdir.

        Məktəbin direktoru B. Zəkiyev ulu öndər H. Əliyevin “Təbiətin ölkəmizə bəxş etdiyi zəngin sərvətlərə xüsusi qayğı ilə yanaşmaq, belə misilsiz xəzinələri bəşəriyyətin gələcəyi naminə qorumaq üzərimizə düşən başlıca vəzifələrdəndir” fikirlərini xatırladaraq bildirib ki, məktəbin kollektivi bu ənənələrə söykənərək 9 noyabr Bayraq günu və 12 noyabr Konstitusiya günü münasibətilə məktəb ərazisində şam, küknar və müxtəlif meyvə  agacları əkib. O, əlavə edib ki, bu gün Azərbaycan haqqında təsəvvür təkcə burada yaşayan insanlarla bağlı deyil. Ölkəmizin çölləri, dağları, qayaları, dənizi, heyvanlar aləmi, bir sözlə, təbii mühiti də bu təsəvvürü formalaşdırır və insanlar anlamalıdırlar ki, təbiətə münasibət insanın özü-özünə münasibətidir. Məktəbin kollektivi ağac əkmə aksiyasını bundan sonra da davam etdirəcəkdir.


Açar sözlər: ,