12.11.2018

12 noyabr Konstitusiya Günü ilə əlaqədar tədbir

Qusar şəhər akademik T. İsmayılov adına 6 saylı tam orta məktəbində 12 noyabr Konstitusiya Günü ilə əlaqədar bayram tədbiri keçirilib. Tədbirdə çıxış edən məktəbin müəllimi A. Məcidova iştirakçıları Azərbaycan Respublikasının Konstitusiyasının yaranması tarixi haqqında məlumatlandırıb. Qeyd olunub ki, Müstəqil Azərbaycan Konstitusiyası insan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin olunmasını dövlətin ali məqsədi kimi bəyan edir. Konstitusiyanın qəbulu müstəqillik tariximizin ən mühüm hadisələrdən biri olmaqla yanaşı,ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı böyük xidmətlərdən biri olaraq dəyərləndirilir. Tədbirdə şagirdlərin hazırladığı ədəbi-bədii kompozisiyalar səslənib.


Açar sözlər: