13.11.2018

“Dövlətimizi tanıyaq” mövzusunda tədbir

    12 noyabr 2018-ci il tarixində Qusar şəhər 4 saylı tam orta məktəbində Konstitusiya Günü münasibətilə “Dövlətimizi tanıyaq” mövzusunda tədbir keçirilib. Tədbirdə məktəbin direktoru E. Bayramova  qanunlarımız, hüquqlarımız barəsində şagirdlərə qısa məlumat verib. Tədbirdə iştirak edən Qusar şəhər H.  Əliyev Mərkəzinin direktoru N. Abdurahmanova Milli Konstitusiyamızın qəbul olunduğu tarixi dövr haqqında şagirdlərə ətraflı məlumat verib. Tədbirin sonunda “Hüquqi Dövlətin əsasları” mövzusunda keçirilən  məktəbdaxili olimpiadanın qalibi olan məktəbin IX sinif şagirdi Z. Əsgərovaya kitab hədiyyə edilib.


Açar sözlər: