14.11.2018

Şəhər 4 saylı tam orta məktəbində  “Dəyirmi  masa”

13 noyabr tarixində şəhər 4 saylı tam orta məktəbində IX, X və XI sinif şagirdlərinin iştirakı ilə “İnsan hüquqlarının müdafiəsi” mövzusunda “Dəyirmi  masa” keçirilib. Tədbirdə məktəbin  direktoru E. Bayramova" Uşaq Hüquqları Konvensiyası, uşaq hüquqları və vəzifələri" mövzusunda çıxış edib. Müzakirələrdə direktorun təşkilati işlər üzrə müavini Ə. Həsənova, məktəbin tarix müəllimi G. Hacıyeva şagirdlərin cəmiyyətdə davranış qaydalarına əməl etməsi, Azərbaycan Respublikasının dövlət rəmzlərinə bələd olması və hörmətlə yanaşması, özünü faydalı fəaliyyətə həsr etməsi, valideynlərinə və müəllimlərinə, digər vətəndaşların hüquq və mənafelərinə,  mənsub olduğu xalqın və başqa xalqların ənənələrinə hörmətlə yanaşması və digər vəzifələrindən danışıb

“Dəyirmi masa”da insan hüquqlarının müdafiəsi ilə bağlı şagirdləri maraqlandıran digər məsələlər barəsində də  müzakirələr aparılıb və bu mövzu ilə bağlı qısametrajlı videoçarx nümayiş olunub.


Açar sözlər: ,