19.11.2018

Beynəlxalq qiymətləndirmə proqramı ilə bağlı  seminar

Noyabr ayının 16-da Qusar  rayonu, E.Güləliyev adına şəhər 2 saylı tam orta məktəbində 4-cü siniflərdə dərs deyən ibtidai sinif müəllimləri üçün TIMSS (Trends in Mathematics and Science Study)–riyaziyyat və təbiət elmləri üzrə orta təhsilin keyfiyyətini qiymətləndirmək üçün tətbiq olunan beynəlxalq qiymətləndirmə proqramı ilə bağlı  seminar keçirilib.

Seminarı giriş sözü ilə açan RTŞ Metodik kabinetinin direktoru Qorxmaz Muradov  beynəlxalq qiymətləndirmənin mahiyyəti və məqsədləri haqqında iştirakçılara məlumat verib. Qeyd edilib ki, TİMSS-in  Təhsil Uğurlarının Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosasiya (İEA) tərəfindən həyata keçirilən bir  tədqiqat olan beynəlxalq qiymətləndirmə  ilk dəfə 1995-ci ildə reallaşdırılıb və hər dörd ildən bir dövri olaraq həyata keçirilir. Ölkəmiz  2011-ci ildən  bu tədqiqatda iştirak edir. 2019-cu ildə   iştirakçı ölkələrin  4-cü sinifləri  həmin  tədqiqatda  təmsil olunacaqdır.

Rayon  Təhsil Şöbəsinin  meneceri  Kamran Əliyev  seminar iştirakçılarına 2019-cu ildə  dünyanın  70 ölkəsi arasında keçiriləcək  TİMSS beynalxalq qiymətləndirməsinin mahiyyəti, keçirilmə qaydaları, ölkəmizin beynəlxalq qiymətləndirmə üzrə  reytinq cədvəlində  yaxşı nəticələr  qazanması  üçün  təhsil müəssisələrinin  və  müəllimlərin  üzərinə  düşən  vəzifələr  haqqında  ətraflı  məlumat  verib, müəllimləri  maraqlandıran  sualları cavablandırıb.


Açar sözlər: