20.12.2018

Rayon Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib

19 dekabr 2018-ci il tarixində Qusar Rayon Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib. İclasda 2018-2019-cu tədris ili üçün rayonun ümumtəhsil müəssisələrində siniflərin komplektləşdirilməsi, məktəbəhazırlıq qruplarının təşkili, rayon Təhsil Şöbəsi və digər təşkilatlardan yerlərə göndərilən məktubların icrası vəziyyəti, rayonun ümumtəhsil müəssisələrinin qış mövsümünə hazırlığı və məktəblərin istilik sistemlərinin istismarında qarşıya çıxan çətinliklər və digər cari məsələlərlə bağlı müzakirələr aparılıb, məktəb rəhbərlərinin hesabatları dinlənilib.

İclasda həmçinin ümumtəhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri və məktəb rəhbərlərinin qarşısında duran vəzifələr, şagirdlərin dərsliklərlə təmin olunması vəziyyəti, dərsliklərlə bağlı sifarişlər verilərkən nəzərə alınmalı hallar və digər məsələlərlə bağlı da fikir mübadiləsi aparılıb, tədbir iştirakçıları rayon Təhsil Şöbəsinin 2019-cu il üçün Fəaliyyət planı ilə tanış edilib.


Açar sözlər: