28.12.2018

“Milli-mənəvi dəyərlər və müasirlik” mövzusunda tədbir

Məktəblilərin milli-mənəvi və ümumbəşəri dəyərlər ruhunda  tərbiyə  olunması, gənclərin  vətənpərvər, doğma  xalqına  sədaqət  ruhunda  tərbiyə  edilməsi Qusar Rayon Təhsil Şöbəsinində  daim  diqqət  mərkəzində saxlanılır. Yetişməkdə  olan  gənc  nəslin  azərbaycançılıq  ideyalarına   sadiq, hərtərəfli  biliyə  və  geniş  dünyagörüşünə   malik  şəxsiyyət   kimi  tərbiyə  edilməsi  məqsədilə  rayonun  təhsil  müəssisələrində  vaxtaşırı müxtəlif maarifləndirmə tədbirləri  həyata  keçirilir.

Dekabr ayında şəhər 1  və 3  saylı  tam orta   məktəblərində  “Milli-mənəvi  dəyərlər  və   müasirlik”  mövzusunda    keçirilən   tədbirlərdə   Təhsil Şöbəsinin   əməkdaşları  ilə   yanaşı  rayon  İcra  Hakimiyyətinin, Dini Qurumlarla  İş  üzrə   Dövlət  Komitəsi  Quba  Regional  Şöbəsinin  rəsmiləri də  iştirak   edib. Azərbaycan   xalqının  milli-mənəvi dəyərləri, adət-ənənələri, eləcə  də  ölkəmizdə  mövcud   tolerantlıq   nümunəsinin    dünya  ölkələri  üçün   örnək  olması   barədə   çıxışlar   dinlənilib, dini  radikalizm  və  onun  zərərli  nəticələri   barədə  danışılıb.  Tədbirlərin  sonunda şagirdləri   maraqlandıran  məsələlər   ətrafında   fikir   mübadiləsi  aparılıb.


Açar sözlər: ,