28.12.2018

“Fövqəladə  hallar  uşaqların  gözü ilə “ müsabiqəsinin  qalibləri.

Dekabrın 26-da   Fövqəladə  Hallar  Nazirliyinin   Xaçmaz  Regional   İdarəsində   Fövqəladə   Hallar   Nazirliyinin    təşkilatçılığı  və  Təhsil  Nazirliyinin   dəstəyi  ilə “Fövqəladə   Hallar   uşaqların  gözü ilə”  mövzusunda  məktəblilər  arasında   keçirilmiş   VIII Respublika  uşaq  yaradıcılıq   müsabiqəsi   qaliblərinin   mükafatlandırılma  tədbiri keçirilib. 

Ümummilli   lider   Heydər  Əliyevin  95 illik   yubileyinə   həsr   olunmuş  müsabiqənin keçirilməsinin  məqsədi   uşaqlara   təhlükəsiz  həyat   fəaliyyətinin   əsaslarının  öyrədilməsi,  istedadlı   şagirdlərin  üzə  çıxarılması  və onlara   dəstək   verilməsi,  yetişməkdə  olan  gənc   nəslin   vətənpərvərlik   ruhunda   tərbiyəsi edilməsi və ictimaiyyətin   diqqətinin   fövqəladə   hallarla   bağlı  problemlərə   yönəldilməsi  olub.

Yaradıcılıq   müsabiqəsi   hər  il   olduğu  kimi bu tədris   ilində  də   ümumtəhsil   məktəblərinin   I-XI  sinif   şagirdləri  arasında  5 nominasiya (“Rəsm”,”Plakat”, “ Əl işi “, “Yanğın  və qəza-xilasetmə  texnikasının   modeli”, “Yumşaq oyuncaq”) üzrə  məktəb,  rayon və  ümumrespublika   mərhələlərində  keçirilib.

Müsabiqədə   yer  tutmuş   uşaqlara   fəxri   fərmanlar   və  qiymətli   hədiyyələr   təqdim   olunub.     Mükafatlandırılanlar   sırasında   olan Tofiq  İsmayılov   adına  şəhər  6 nömrəli   tam  orta   məktəbin   IX sinif   şagirdi   Muradxanova   İyera  Ziyadxan  qızı    və  həmin   məktəbin   VI  sinif  şagirdi- UGİM dərnək    üzvü   Piroğlanova   Nuray   Fəxri  qızı   Azərbaycan   Respublikası   Təhsil   Nazirliyi   və   Fövqəladə   Hallar   Nazirliyinin   III dərəcəli   diplomları, qiymətli   hədiyyələrlə   mükafatlandırılıb.


Açar sözlər: ,