07.01.2019

Balaqusar kənd tam orta məktəbində şəhidlərin xatirəsi yad edilib.

Balaqusar kənd tam orta məktəbində Qarabağ uğrunda döyüşlərdə şəhid olmuş Sərvər Abdulkərimov və Vüqar Hacıyevin xatirəsinə həsr olunmuş anım tədbiri keçirilib. Məktəbin müəllim və şagird kollektivi əvvəlcə Respublika  Təhsil Cəmiyyətinin üzvləri ilə birlikdə şəhidlərin qəbirlərini ziyarət edib və üzərinə tər çiçəklər düzüblər.

Məktəbdə davam etdirilən tədbirdə məktəbin direktoru B. Zəkiyev çıxış edib. O, qeyd edib ki, şəhidlik özünü şüurlu şəkildə  vətən, torpaq, böyük amallar uğrunda canını qurban vermək deməkdir. Şəhidlik ömür payını gələcək nəsillərin xoşbəxtliyinə bağışlamaqdır. Belə bir zirvəyə yüksələnlərdən biri də məktəbimizin adını daşıyan Sərvər Abdulkərimovdur. Vəfatından bizi 25 il ayırsa da, onun keçdiyi şərəfli yol hər zaman yetişməkdə olan nəsillər üçün nümunədir.

Tədbirdə məktəbin şagirdləri şəhidlərin xatirəsinə həsr olunmuş şeir kompozisiyası ilə çıxış ediblər.


Açar sözlər: