16.01.2019

Rayon  Təhsil  Şöbəsinin     növbəti   şura  iclası keçirilib

16 yanvar 2019-cu il tarixində  Qusar   Rayon  Təhsil  Şöbəsinin   geniş tərkibdə  növbəti   şura  iclası  keçirilib.

Rayonun  ümumtəhsil  məktəblərinin  direktorları  və  təlim-tərbiyə  işləri  üzrə   direktor  müavinlərinin   iştirak  etdikləri  iclasda  20 Yanvar şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

RTŞ-nin müdiri N. Fərzəliyev iclasın gündəliyini elan edib və cari məsələlər barədə məlumat verib. Sonra TŞ-nin müdir müavini N Y. Abuyevin “Qusar RTŞ-nin tabeliyindəki ümumtəhsil məktəblərində fövqəladə hallardan mühafizə sahəsində 2018-ci tədris ilində aparılmış işlərin yekunu və 2019-cu ildə qarşıda duran vəzifələr” barədə məruzəsi dinlənilib.

 RTŞ  Metodik  kabinetinin  direktoru  Q.  Muradov  Azərbaycan  Respublikası Təhsil  Nazirliyinin  28 dekabr  2018-ci  il  tarixli  Qərarı  ilə   təsdiq  olunmuş  “Ümumi   təhsil  pilləsində   təhsilalanların    attestasiyasının   (yekun   qiymətləndirmə  (attestasiya)  istisna  olmaqla )  aparılması  Qaydası”  haqqında  məktəb  rəhbərlərinə  müvafiq  məlumat  verib və  2018/2019-cu  dərs  ilinin   birinci  yarımili  üzrə  qiymətləndirmənin   aparılması  qaydalarını  izah edib.

TŞ-nin  Metodik  kabinetinin  metodisti Ə. Eldarov Respublika Fənn Oıimpiadalarının rayon mərhələsinin keçirilməsi ilə bağlı hazırlıq tədbirləri barədə iştirakçıları məlumatlandırıb.

Sonda məruzələr və digər cari məsələlər barədə fikir mübadiləsi aparılıb, məktəb rəhbərlərini maraqlandıran sullara cavablar verilib.


Açar sözlər: ,  ,