17.01.2019

20 Yanvar faciəsinə həsr olunmuş tədbir

20 Yanvar faciəsinin 29-cu ildönumu ilə əlaqədar olaraq  şəhər 2 saylı tam orta məktəbində silsilə tədbirlər həyata keçirilib.

16 yanvar 2019-cu il tarixində keçirilmiş "Şəhidlər ölmür" adlı tədbirin iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükütla yad edib və 20 Yanvar faciəsinə həsr olunmuş sərgiyə baxış keçirib.

Faciəyə həsr olunmuş toplantıda çıxış edən məktəbin tarix müəllimi V. Səfərova şagirdlərə 20 Yanvar faciəsinin başvermə səbəblərindən və acı nəticələrindən danışıb. Vurğulanıb ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Azərbaycan xalqına qarşı həyata keçirilən qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi dünya tarixində qara səhifə olaraq qalacaq. Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra 20 Yanvar hadisələrini lazımınca araşdırmaq istiqamətində ciddi addımlar atılıb və 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilib.


Açar sözlər: ,