07.02.2019

Şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsi diqqət mərkəzindədir

07 fevral 2019-cu il tarixində  E.Güləliyev adına  Qusar şəhər  2 saylı tam orta məktəbində Azərbaycan Respublikası Gənclər Fondu “Gənc Beynəlxalq  Hüquqşünaslar”  İctimai Birliyi  və Qusar rayon Təhsil Şöbəsinin  təşkilatçılığı ilə  “Torpaq  uğrunda  ölən  varsa, Vətəndir!” mövzusunda  tədbir  keçirilib.

Giriş sözü ilə  çıxış edən  Qusar  RTŞ-nin Metodik kabinetinin direktoru  Qorxmaz Muradov, “Gənc  Beynəlxalq Hüquqşünaslar”  İctimai Birliyinin  sədri  İlhamə  Həziyeva  və  həmin  birliyin rəsmisi  Asim Vəliyev  respublikamızda  ölkənin  müdafiə  qüdrətinin  möhkəmləndirilməsi  və  ordu  quruculuğu  sahəsində  cənab  Prezident  İlham Əliyevin  rəhbərliyi  ilə  görülən  işlər barədə  danışıb, doğma  xalqına, ana  torpağa  məhəbbətin  vətən  qarşısında   böyük şərəf olduğu  vurğulanıb.

Tədbirdə  iştirak   edən məktəblilər  tərəfindən “Torpaq  uğrunda  ölən  varsa, Vətəndir!” mövzusunda  inşa  yazılıb və  fərqlənən şagirdlərə    sertifikatlar  verilib. 


Açar sözlər: ,