11.02.2019

“Ədəbiyyat  biliciləri”  müsabiqəsinin  rayon mərhələsi  keçirilib

Qusar rayonunun ümumi təhsil müəssisələrində  məktəblilərin  mütaliə   vərdişlərinin təkmilləşdirilməsi və onlarda mütaliə mədəniyyətinin    formalaşdırılması,   şagirdlərin   Azərbaycan   və  dünya   ədəbiyyatının   görkəmli   nümayəndələrinin  yaradıcılığı   ilə  məlumatlılıq  səviyyəsinin  artırılması, onların   mütaliəyə  meyil   və  maraqlarının   gücləndirilməsi   məqsədilə  məktəblərdə  oxucu  konfranslarının,  kitab   müzakirələrinin,  seir  və  bədii  qiraət  müsabiqələrinin  keçirilməsi  istiqamətində   müxtəlif   tədbirlərin   həyata   keçirilməsi ənənə  şəklini   alıb.

Fevral  ayının  9-da  rayon üzrə  keçirilən  “Ədəbiyyat biliciləri”   müsabiqəsində  məktəb  turunun  qalibi olmuş VIII-XI sinif   şagirdləri öz  bilik  və  bacarıqlarını  nümayiş  etdiriblər.

Müsabiqədə  iştirak   etmiş  67 nəfər  şagirdin  hər  birinə   təhsil  səviyyələrinə   uyğun   15  sual   təqdim  olunub və onlar  “Kitabsız   bir ömrün  nə mənası  var” , “Haqqım  var   ki , öyünüm,  Azərbaycan   deyəndə!” , “Ən çox sevdiyim  ədəbi  qəhrəman”,  “Qarabağım-qan yaddaşım “ kimi  mövzularda  esse   yazıblar.


Açar sözlər: