20.02.2019

Maarifləndirici tədbir

19 fevral 2019-cu il tarixində Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbində Qusar Rayon Polis Şöbəsinin təşkilatçılığı və rayon Təhsil Şöbəsinin dəstəyi ilə "Narkomaniyanın sosial təhlükəliliyi, doğurduğu fəsadlar və zəruri profilaktika" mövzusunda maarifləndirici tədbir keçirilib.Tədbirdə Balaqusar, Həsənqala və Aşağı Ləyər kənd tam orta məktəblərinin şagird,  müəllim kollektivi və ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Qusar Rayon Polis Şöbəsinin rəisi polis polkovnik-leytenantı Z. Əliyev, Balaqusar kənd tam orta məktəbinin direktoru B. Zəkiyev, Həsənqala kənd tam orta məktəbinin direktoru Şöhran Hacəliyev müasir dövrün  bəlası olan narkomaniyanın cəmiyyəti məhvə aparan bir bəla olduğunu, bu sahədə hər bir yeniyetmənin anlayışlı olmasınının vacibliyini, ölkəmizdfə bu sahədə görülən qabaqlayıcı tədbirlərin əhəmiyyətini xüsusi vurğulayıb. Digər çıxışlarda da bu sahədə məktəblə ictimaiyyətin birgə fəaliyyətinin zəruri olduğu qeyd edilib.

Tədbirdə Balaqusar məktəbliləri maraqlı kompozisiyalarla  çıxış ediblər.

Tədbirin sonunda məktəbliləri maraqlandıran suallara cavablar verilib.