21.02.2019

Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib

20 fevral 2019-cu il tarixində rayon Təhsil Şöbəsinin növbəti Şura iclası keçirilib. İclasın gündəliyini elan edən Təhsil Şöbəsinin müdiri N. Fərzəliyev tədris ilinin I yarımilinin  yekunları və qarşıda duran vəzifələrlə bağlı təklif və iradlarını bildirib və “Azərbaycan dilinin  saflığının qorunması  və dövlət dilindən  istifadənin  daha  da yaxşılaşdırılması haqqında  Təhsil Nazirliyinin  15 yanvar 2019-cu il tarixli, F-20 №-li əmri ilə təsdiq olunmuş Tədbirlər  Planı”ndan  irəli gələn  vəzifələrin  icrası  ilə bağlı  rayonun  ümumi təhsil müəssisələrində görülən işlər barədə məlumat verib.

İclasda ”Ümumi təhsil  sahəsində  2018/2019-cu dərs ilinin  prioritet  istiqamətləri”  barədə Təhsil nazirinin 14.08.2018-ci il tarixli, F-550 №-li əmri  ilə  əlaqədar  ümumtəhsil  məktəblərində I yarımildə  görülmüş  işlərə  dair  Hil kənd tam  orta, Aşağı  Ləyər kənd tam orta və Hil sirt kənd ümumi orta məktəblərinin direktorlarının hesabatları dinlənilib.

Sonda cari məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.


Açar sözlər: ,