22.02.2019

Məktəbdə tədbir

21 fevral   2019- cu  il  tarixində  Gədəzeyxur kənd   tam  orta   məktəbində  “Beynəlxalq  Ana Dili   Günü”nə  həsr    olunmuş   tədbir   keçirilib.  Tədbiri giriş sözü ilə açan məktəbin direktoru A. Qədimov Azərbaycanda yaşayan bütün xalqların dillərinin qorunmasına dövlət səviyyəsində qayğı göstərildiyini, məktəbdə dövlət dili olan Azərbaycan dilinin öyrənilməsinin  daim diqqətdə saxlanıldığını qeyd edib.

Məktəbin    Azərbaycan  dili   və ədəbiyyatı  müəllimi  A. Ağabalayev  ana dilinin hər bir xalqın varlığının təzahürü, onun milli sərvəti, qan yaddaşı olduğunu, xalqın taleyi, onun mənliyi, mənəviyyatı və mədəniyyəti olan dilin cəmiyyətin təşəkkülü və inkişafı ilə birgə yarandığını, tərəqqi etdiyini, insanın təkamülündə ana dilinin rolunun böyük olduğunu qeyd edərək ulu  Öndər  H.  Əliyevin  ana  dili     haqqında dediyi  müdrik    kəlamlarını   səsləndirib.  

Tədbirdə məktəbin şagirdlərinin ifasında ana dilinə həsr olunmuş şeirlər səslənib, kiçik səhnəciklər nümayiş etdirilib.


Açar sözlər: ,