25.02.2019

Şahmat yarışı

           Azərbaycan Respublikası təhsil nazirinin 11 fevral 2019-cu il tarixli, F-71 nömrəli əmrinə uyğun olaraq  rayonun şahmat fənni tədris olunan pilot məktəblərində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə  həsr olunmuş  şahmat festivalının  I  (məktəbdaxili)  və II (rayondaxili) mərhələləri keçirilib.

            20-24 fevral 2019-cu il tarixlərində Qusar Rayon Şahmat Mərkəzində keçirilən rayondaxili mərhələdə  şahmat fənni tədris olunan 8 pilot məktəbin məktəbdaxili mərhələdə qalib gələn II, III və IV sinif şagirdləri iştirak edib və yarışların nəticələrinə görə Qusar şəhər 3 saylı tam orta məktəbinin komandası I yerə, Urva kənd tam orta məktəbinin komandası II yerə və Həsənqala kənd tam orta məktəbinin komandası III yerə layiq görülüb.

            Yarışın nəticələrinə görə I, II və III yeri tutmuş məktəbli şahmatçılar rayon Təhsil Şöbəsinin diplomları ilə mükafatlandırılıb.


Açar sözlər: ,  ,