26.02.2019

Şəhidlərin xatirəsi yad edilib

Qusar rayonunun ümumtəhsil məktəblərində Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı ilə bağlı anım tədbirləri keçirilib. 

Akademik T.İsmayılov adına şəhər 6 saylı tam orta məktəbində keçirilən tədbirdə faciə qurbanlarının xatirəsi bir dəqiqəlik süqutla yad edilib. Tədbirdə çıxış edən məktəbin müəllimi X. Pirverdiyeva şagirdlərə əsrin faciəsi haqqında məlumat verib. Sonra faciəni əks etdirən video çarx göstərilib. Şagirdlərin təqdimatında şeir və kompozisiyalar təqdim olunub. Məktəbdə Xocalı həqiqətlərini əks etdirən divar qəzeti, rəsm  və kitab sərgisi nümayiş etdirilib. Xocalı faciəsinin ildönümü ilə bağlı "Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir " mövzusunda konfrans keçirilib.

Şəhər 2 saylı tam orta məktəbində Xocalı soyqırımina həsr olunmuş "Əsrin faciəsi" adlı tədbirdən qabaq məktəbin müəllim və şagirdləri Qarabağ döyüşlərində həlak olmuş Milli Qəhrəman Çingiz Qurbanovun abidəsini ziyarət ediblər. Sonra tədbir məktəbin akt zalında davam etdirilib. Soyqırım qurbanlarının xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Təbdirdə məktəbin tarix müəllimi İ. Nəcəfova  Xocalı faciəsi haqqıında uşaqlara ətraflı məlumat verərək qeyd edib ki, Azərbaycan xalqı erməni millətçiləri tərəfindən davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalıb. Azərbaycan xalqı tarixi torpaqlarından qovulub, qaçqına, məcburi köçkünə çevrilib.

Tədbir "Xocalı faciəsini  dunyaya tanidaq" adlı kompozisiya ilə davam etdirilib.  

Şəhər 4 saylı tam orta məktəbində  keçirilən anım tədbirində çıxış edən məktəbin direktoru E. Bayramova şagirdlərə 26 fevral 1992- ci ildə erməni cəlladları tərəfindən Xocalı əhalisinə qarşı törədilmiş soyqırım barədə ətraflı məlumat verib. Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış “Xocalı-qan yaddaşımız” adlı kompozisiya ilə davam etdirilib. Kompozisiyada  şagirdlər xalqın keçirdiyi ağrılı anları ifadə etməklə yanaşı, düşmənə qarşı olan nifrətlərini də nümayiş etdiriblər.


Açar sözlər: