28.02.2019

Müsabiqə qalibləri təltif olunub

Fevral ayının 22-də  Azərbaycan  Respublikası  Gənclər Fondunun  maliyyə  dəstəyi ilə Gənc Beynəlxalq Hüquqşünaslar İctimai Birliyinin keçirdiyi  “Torpaq uğrunda ölən varsa, Vətəndir!” mövzusunda  inşa yazı müsabiqəsi  qaliblərinin  mükafatlandırılma  tədbiri  keçirilib.

Quba  rayonunun 2 saylı Texniki Liseyində  baş  tutan tədbirdə Qusar, Quba, Xaçmaz və Şabran rayonlarının şagirdləri, Birliyin və rayon Təhsil Şöbələrinin rəsmiləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Gənc Beynəlxalq Hüquqşünaslar  İctimai  Birliyinin  sədri İ. Həziyeva şagirdlərin vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəsi sahəsindəki fəaliyyətlərinə görə rayon Təhsil Şöbələrinin, məktəb pedaqoji kollektivlərinin xüsusi əməyi olduğunu vurğulayıb və  müsabiqə qaliblərini təbrik edib.

Qusar rayonu üzrə müsabiqədə iştirak etmiş şagirdlərdən 8-i: şəhər 1 saylı tam orta məktəbinin XI sinif şagirdi M. Vəlimətova, 5 saylı tam orta məktəbinin şagirdi A. Nəcəfov, Gədəzeyzxur kənd tam orta məktəbinin şagirdi S. Rəmixanova müvafiq olaraq I ,II və III yerləri tutmuş, Balaqusar kənd tam orta məktəbinin şagirdləri N. Manafova və D. Əmrahova, Hil kənd tam orta məktəbinin şagirdi R. Rəfiyev, Aşağı Ləyər kənd tam orta məktəbinin şagirdi E. Qazıxanova və Çiləgir kənd tam orta məktəbinin şagirdi K. Atakişiyeva həvəsləndirici  yerlərə layiq görülüblər.

Tədbirin sonunda  “Torpaq uğrunda ölən varsa, Vətəndir!”  mövzusunda  inşa yazı müsabiqəsi qaliblərinə diplom və qiymətli hədiyyələr təqdim olunub.


Açar sözlər: ,