06.03.2019

“Narkomaniyanın  sosial  təhlükəliliyi, doğurduğu  fəsadlar  və  zəruri  profilaktika“ mövzusunda növbəti tədbir  keçirilib

05.03.2019-cu il tarixində  Gədəzeyxur  kənd  tam  orta məktəbində  Qusar  Rayon Polis Şöbəsinin təşkilatçılığı və Qusar Rayon Təhsil  Şöbəsinin dəstəyi ilə  “Narkomaniyanın  sosial  təhlükəliliyi, doğurduğu  fəsadlar  və  zəruri  profilaktika“ mövzusunda növbəti tədbir  keçirilib.   Tədbirdə  Imamqulukənd,  Gündüzqala  və  Bədişqala  kənd   tam  orta məktəblərinin  müəllim  və şagirdləri,  yerli   icra   nümayəndələri  iştirak  edib.

Azərbaycan Respublikasının Dövlət Himnı   səsləndikdən sonra Gədəzeyxur   kənd  tam  orta  məktəbinin   direktoru  A.  Qədimov  tədbir iştirakçılarını salamlayıb və çıxış üçün sözü  Qusar   Rayon Polis Şöbəsinin rəisi  Z. Əliyevə  verib.  Məruzəçi gündəlikdə duran məsələ ilə bağlı   geniş  məlumat verib  və bu    bəla ilə mübarizədə ictimaiyyətin,   pedaqoji   kolllektivlərin  üzərinə   böyük  məsuliyyət  düşdüyünü qeyd edib.    

Məruzə ətrafında Qusar RPŞ-nın  İTB-nin YYÇPİTQ-nin inspektoru T. Şahverdiyev, İmamqulukənd kənd  tam   orta   məktəbinin direktoru  R.  Qafarov,  Bədişqala    kənd   tam   orta   məktəbinin  müəllimi  F.  Mirzəmmətov  çıxış  edib.

Tədbirdə  Gədəzeyxur kənd  tam  orta məktəbinin   şagirdlərinin    ifasında  tədbirə həsr olunmuş  səhnəcik   göstərilib və sənədli   film  nümayiş    etdirilib.


Açar sözlər: