14.03.2019

Novruz bayramı münasibətilə tədbir

Şəhər 4 saylı tam orta məktəbinin müəllim və şagird kollektivi tərəfindən Novruz bayramı münasibətilə məktəbin həyatyanı sahəsində abadlıq işləri aparılıb, torpaq bellənib, ağaclara qulluq edilib. Məktəbin həyətində əkilmiş 180 ədəddən çox ağacın ziyanvericilərdən qorunması üçün ağardılması  və daha yaxşı inkişafı üçün dibinin bellənməsi işi şagirdlər tərəfindən böyük həvəslə icra edilib,  məktəbin geniş  torpaq sahəsində boş qalmış ərazilərdə müxtəlif növ  gül və ağac əkilib. Məktəbin texniki heyəti tərəfindən məktəbin çöl tərəfdən olan 1127 kv m hasarı agarıldılıb.


Açar sözlər: ,