14.03.2019

Əskərlərə bayram hədiyyələri 

Hər il olduğu kimi bu ildə də şəhər 2 saylı tam orta məktəbinin müəllim və şagird kollektivinin nümayəndələri Novruz bayramı ərəfəsində Qusar şəhərində yerləşən hərbi hissədə əskər və zabitləri ziyarət edib və onları bayram sovqatlarına  qonaq edib. Məktəbin direktoru D. Şinğarova əskər və zabit heyətini qarşıdan gələn bahar bayramı münasibətilə təbrik edib, onlara möhkəm can sağlığı, qələbələr arzu edib.

Tədbirdə Azərbaycan Valideyn-Məktəb Assosiasiyası İctimai Birliyinin direktoru Ş. Rəcəbli də iştirak edib.

Şəhər 2 saylı tam orta məktəbinin şagirdləri maraqlı konsert və rəqs proqramı ilə əskərlər qarşısında çıxış edib.


Açar sözlər: