19.03.2019

Xoş təəssüratlarla qayıtdılar

“Ölkəmizi   tanıyaq”  tur  aksiyası  çərçivəsində  rayonun ümumtəhsil müəssisələrini təmsil edən şagirdlər  martın  15-də  cənub rayonlarına səfərə yola düşüb. Üç gün davam edən aksiya çərçivəsində məktəblilər Lənkəran rayonundə Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyəti ilə tanış oub, rayon Tarix-Diyarşünaslıq  Muzeyində müxtəlif eksponatlara maraqla tamaşa edib. Aksiya iştirakçıları üçün məşhur Hirkan qoruğuna və Xanbulan gölü ərazisinə  ekskursiya  təşkil olunub. Məktəblilər iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ev muzeyini də ziyarət edib və bacarıqlı sərkərdənin qəhrəman döyüş yolu haqqında məlumat əldə ediblər.

Növbəti gündə də aksiya iştirakçıları qonşu Masallı rayonunda Heydər Əliyev mərkəzini, Bayraq meydanını, çay fabrikinini, tarix-diyarşünaslıq muzeyini ziyarət edib, Astara rayonunda çay fabrikində müxtəlif çeşiddə qablaşdırılan çay növləri ilə, çay muzeyində isə milli adət-ənənələrimizi əks etdirən müxtəlif çay süfrəsi eksponatları ilə tanış olub və tur aksiyada iştirak edən rayon komandaları arasinda keçirilən bilik yarışmasında iştirak ediblər.


Açar sözlər: ,