28.03.2019

“Ən yaxşı təqdimat”  müsabiqəsinin  rayon turu

        Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  29.01.2019-cu il  tarixli, F-53 nömrəli  əmrinə  uyğun  olaraq  müstəqil  Azərbaycan  dövlətinin  qurucusu,  dahi  siyasətçi  və qüdrətli  dövlət   xadimi Heydər  Əliyevin  anadan  olmasının  96-cı  ildönümü  ilə  əlaqədar  rayonun   ümumtəhsil  məktəblərinin  IX-XI sinif  şagirdləri  arasında  keçirilən  “Ən yaxşı  təqdimat”  müsabiqəsinin   rayon  turu  başa  catıb.

    Şagirdlər qarşısında çıxış edən  RTŞ-nin  metodik   kabinetinin  direktoru  Q. Muradov  müsabiqənin  artıq  4-cü  il  keçirildiyini  diqqətə  catdırıb və  müsabiqələrin ümummilli   lider  H. Əliyevin  zəngin  siyasi  irsinin,  həyat  və  fəaliyyətinin  gənc  nəsil  tərəfindən  öyrənilməsində  mühüm  rolunu  vurğulayıb, iştirakçılara  uğurlar  diləyib.

     Müsabiqə  “Ümummilli lider  Heydər  Əliyev-şərəfli  ömrün  Səlnaməsi”  başlığı  altında  verilmiş  mövzular  əsasında, qiymətləndirmə  meyarlarına  uyğun  aparılıb.

Rayonun  ümumtəhsil   məktəblərindən  23 nəfər  şagirdin  iştirak  etdiyi  müsabiqədə  S. Abdulkərimov  adına  Balaqusar  kənd  tam orta  məktəbinin  X sinif  şagirdi  Seyidova  Aynur  Ağasi  qızı   qalib gəlib.


Açar sözlər: