01.04.2019

Soyqırımı qurbanlarının xatirəsi anılıb

    31 mart tarixində Rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhər məktəblərinin müəllim və şagirdləri 1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdiyi kütləvi qırğınlara qarşı döyüşlərdə həlak olan Qusar və Quba qəhrəmanlarının xatirəsinə ucaldılmış abidəni ziyarət edib. Ziyarətçilər abidənin önünə gül dəstələri qoyduqdan sonra kompleksin yanında nümayiş etdirilən şagirdlərin əl işlərindən ibarət faciəyə həsr olunmuş rəsm sərgisi ilə tanış olublar.


Açar sözlər: