10.04.2019

Pedaqoji  mühazirələrin  rayon  mərhələsi keçirilib

Azərbaycan  Respublikası  Təhsil  Nazirliyinin  “ Ümumi  təhsil  sahəsində  2018/2019-cu   dərs  ilinin  prioritet  fəaliyyət  istiqamətləri”   barədə  əmrindən  irəli  gələn vəzifələrin   icrası   məqsədilə  Qusar  Rayon   Təhsil  Şöbəsi  ümumi  təhsil  sahəsində  keyfiyyət  göstəricilərinin  yaxşılaşdırılması, rayonun  ümumtəhsil  məktəb  rəhbərlərinin  və  pedaqoji  heyətin  qabaqcıl  təcrübə  nümunələrinin  öyrənilərək  təbliğ  edilməsi,  perspektiv  üçün  inkişafyönlü  təkilflərin  hazırlanması  istiqamətində  müxtəlif   tədbirlər  həyata  keçirir.

Artıq  2-ci ildir   ki, rayonda qabaqcıl  təhsil  işçilərinin   pedaqoji  mühazirələri  dinlənilir.

2018/2019-cu  dərs  ilində  pedaqoji  mühazirələrin   keçirilməsi  barədə Təhsil  Nazirliyinin  25  fevral  2019-cu  il  tarixli,  F-98 nömrəli  əmrinə  uyğun  olaraq  Təhsil Şöbəsində təşkilat  komitəsi  və  işçi  qrupları  yaradılıb və  mühazirələrin  rayon  mərhələsi  keçirilib.

Aprel  ayının  8-i  və  9-da  Qusar  şəhər  4  saylı  tam orta  məktəbində “Müasir  dövrdə  ümumi  təhsilin  aktual  problemləri”  mövzusunda   Pedaqoji  mühazirələrin  rayon  mərhələsinə  təqdim  olunmuş   məruzələr  işçi  qrupları  tərəfindən  dinlənilib.

Rayon  turunda  dinlənilmiş  104  nəfər  iştirakçının  mühazirələrindən  kvotaya  uyğun  olaraq   2-si  işçi  qruplarının  rəyi  əsasında  rayon  təşkilat  komitəsi  tərəfindən  ölkə  mərhələsinə   təqdim  olunacaqdır.


Açar sözlər: ,