11.04.2019

Pedaqoji  əməkdaşlıq  əlaqələri   davam  edir 

Azərbaycan   Respublikası  Təhsil  Nazirliyinin  “Pedaqoji  əməkdaşlıq  əlaqələrinin yaradırması  barədə” 05 yanvar  2018-ci il tarixli,  21 nömrəli  əmrinə  uyğun  olaraq  artıq  ikinci  ildir ki,  Qusar  və  Quba  rayonlarının  təhsil  müəssisələri  arasında  təlim keyfiyyətinin  yüksəldilməsi  sahəsində, eləcə  də  ümumi  təhsilin  müasir  tələblər  səviyyəsində  səriştəli  idarə  olunması  məqsədilə  müxtəlif  tədbirlər  həyata  keçirilir.

 Fevral  ayının  10-da  Heydər  Əliyev  mərkəzində   keçirilən  növbəti  tədbirdə rayonun  şəhər  1  saylı   və  Yuxarı  Zeyxur  kənd  tam orta  məktəblərinin  pedaqoji  kollektivlərinin  nümayəndələri qubalı  həmkarları-Quba  şəhər  2  saylı  məktəb – liseyi  və  Qaraçay  kənd  tam  orta  məktəbinin  pedaqoji  kollektivlərinin  üzvləri  ilə  görüşüblər. Qusar  və  Quba  RTŞ Metodik  kabinetləri  əməkdaşlarının  iştirakı  ilə  keçirilən  tədbirdə  ümumi  təhsil  sahəsinin  prioritet  fəaliyyət  istiqamətləri,  müasir  dövrdə  təhsilin  aktual  problemləri  ilə  bağlı  fikir  mübadiləsi  aparılıb,  məktəbə  rəhbərlik  və  təlim  keyfiyyətinə  nəzarətin  səmərəli  təşkili   sahəsində  qazanılmış  təcrübələrin  birgə  müzakirəsi  təşkil  olunub.

Tədbirin  sonunda Heydər Əliyev Mərkəzində “ Yurd” Gənclərin   İntellektual   İnkişafına   Dəstək  İctimai   Birliyinin   təşkilatçılığı ilə  dörd  məktəbin  istedadlı  şagirdlərindən  ibarət  komandalar  arasında "Xəmsə" Milli intellektual bilik yarışması təşkil  olunub. Yarışmada Qusar şəhər 1 saylı tam orta məktəbinin komandası qalib adını qazanıb.


Açar sözlər: ,  ,