15.04.2019

Rayon Təhsil Şöbəsinin işçiləri “Hərəmiz bir ağac əkək” aksiyasında iştirak edib

Rayonun bütün yaşayış məntəqələrində böyük razılıq hissi ilə qarşılanan “Hərəmiz bir ağac əkək” aksiyasında rayon Təhsil Şöbəsinin əməkdaşları, şəhər və kənd məktəblərinin müəllim və şagird kollektivləri həvəslə iştirak edir. Aksiya çərçivəsində keçirilən iməciliklərdə indiyədək rayonun yaşayış məntəqələrində xeyli ağac və gül kolu əkilib, küçə və meydanlarda abadlıq və səliqə-səhman işləri aparılıb.

Şənbə günü keçirilən növbəti iməcilikdə rayon Təhsil Şöbəsinin əməkdaşları şəhərin Azərbaycanın Milli Qəhrəmanı Çingiz Qurbanovun adını daşıyan küçədə 110 ədəd Eldar şamı əkib.

Yaşıllaşdırma tədbirlərinın növbəti həftələrdə də davam etdirilməsi nəzərdə tutulub.

 


Açar sözlər: ,