18.04.2019

Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbir.

Rayonun ümumtəhsil məktəblərində böyük Azərbaycan şairi İmaddədin Nəsiminin anadan olmasının 650 illiyi ilə bağlı “Nəsimi ili”  çərçivəsində tədbirlər davam etdilir.

Köhnə Xudat  kənd  tam orta məktəbində də böyük şairin yubileyi müəllimlərin, şagirdlərin və valideynlərin  iştirakı ilə geniş qeyd olunub. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru N. Ağayev Nəsimi yaradıcılığından, şairin mədəni irsinin ölkəmizdə sistemli tədqiq və təbliğ olunmasından danışıb. Daha sonra məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi  İ. Ağayeva və təşkilatçı R. Balakişiyeva  böyük şairin 600 illik yubileyinin də  məhz ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə keçirilməsini, qüdrətli şairin yaracılığının  Azərbaycan dili və ədəbiyyatı tarixinin tədqiqi tarixində yeni bir mərhələ açmasını tədbir iştirakçılarının diqqətinə çatdırıb. Tədbir şagirdlərin təqdimatında böyük Nəsiminin qəzəllərindən nümunələrin ifası və ədəbi –bədii kompozisiyaların nümayişi ilə davam edib.


Açar sözlər: