18.04.2019

Yubileyə həsr olunmuş tədbir

17 aprel 2019-cu il tarixində S. Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyatı müəllimi Z. Hacıyevanın təşkilatçılığı ilə görkəmli ədib, gözəl naşir, kiçik hekayələrin böyük ustadı, Azərbaycan müəllimi Cəlil Məmmədquluzadənin 150 illik yubileyinə həsr olunmuş tədbir keçirilib. Tədbirdə məktəblilərin səhnələşdirdiyi ədibin "Çay dəstgahı" alleqorik əsəri, "Anamın kitabı" mənzum dramı və "Ölülər" əsərindən müxtəlif epizodlar nümayiş olunub. Tədbirdə Qusar Rayon Təhsil Şöbəsinin Metodiki Kabinetin direktoru Q. Muradov iştirak edib. Sonda xüsusi fəallıq göstərən məktəblilər tərifnamə və diplomlarla təltif olunub.


Açar sözlər: