23.04.2019

“Oxu günü”nə həsr olunmuş tədbir

Rayonun  ümumtəhsil  məktəblərində  şagirdlərin  mütaliəyə  marağının  artırılması,  ümumbəşəri  sərvətə  çevirilmiş  kitaba  rəğbət  və  məhəbbətin  tərbiyə  olunması  məqsədilə  müxtəlif  tədbirlər  həyata  keçirilir.

Aprel  ayının  23-də  Heydər  Əliyev  Mərkəzində  baş  tutan  tədbirdə  RTŞ-nin  Metodik  kabinetinin  direktoru  Q. Muradov,  mərkəzin  direktoru  N. Abdurəhmanova  kitabın  insan  həyatındakı  rolu, mütaliənin  əhəmiyyəti  ilə  bağlı  fikirlərini  tədbir  iştirakçıları  ilə  bölüşüb və  “Ümumdünya  Kitab  və  Müəlliflik   Hüququ  Günü”  ilə  bağlı  “Azərbaycan  ədəbiyyatında   dövlət   xadimlərinin  obrazları, dövlətçilik  və vətənpərvərlik  motivləri”, ”Ədəbiyyatda qəhrəmanlıq mövzusu. Xalq qəhrəmanlarımıza və Milli  Qəhrəmanlara  həsr  olunmuş   əsərlər”, “Qusarlı  şair  və  yazıçılar, onların   əsərləri”,  “Azərbaycan  təbiətinin   bədii ədəbiyyatda  tərənnümü “  mövzularında şəhər  2, 3 ,5 və 6 saylı  tam orta  məktəblərinin  şagirdlərinin  təqdimatları  dinlənilib,  kitab  və  mütaliə  ilə  bağlı  müdriklərin  deyimlərindən  ibarət  ədəbi-bədii kompozisiya   nümayiş  edilib.  

Tədbirin sonunda  şagirdlər H. Əliyev  Mərkəzində  fəaliyyət  göstərən  elektron  kitabxana  ilə  tanış olub və  fərqlənmiş şagirdlər  Rayon Təhsil Şöbəsinin  diplomları   ilə  təltif  olunub.


Açar sözlər: