29.04.2019

Şagirdlərin peşəyönümü ilə bağlı tədbirlər həyata keçirilir

Rayonunun  ümumi  təhsil   müəssisələrində  məzunların   peşələrə  istiqamətləndirilməsi, onların   müxtəlif   sənətlərlə  bağlı  maarifləndirilməsi  məqsədilə    tədbirlər  həyata  keçirilir. Məktəblərdə   müxtəlif   peşə  sahibləri  ilə  görüşlərin  keçirilməsi,   rayonda   mövcud  istehsalat  sahələrinə  şagirdlərin  ekskursiyalarının təşkili,  “Hər  bir   sənət  yaxşıdır”  mövzusunda   kompozisiyaların  və  disputların, dəyirmi masaların təşkili bu qəbildən olan  tədbirlər sırasına daxildir. Artıq  beşinci    ildir  ki, rayon Təhsil Şöbəsinin Qusar Peşə Liseyi ilə birgə Tədbirlər  Planına   uyğun   olaraq,   aprel-may  aylarında rayonda zonalar üzrə IX və XI sinif  şagirdləri   ilə   peşəyönümünə həsr olunmuş  görüşlər   keçirilir, Peşə Liseyində  “Açıq   qapı”    günləri   təşkil    olunur.

Aprel ayının 26-da   Əniğ kənd  tam orta məktəbində təşkil  olunmuş    görüşdə    qonşu   məktəblərin-Zindan  Muruq,  Suvacal kənd tam orta və Cağar  kənd ümumi orta   məktəbinin   nümayəndələri  də  iştirak    ediblər. Tədbirdə   RTŞ-nin Metodik kabinetinin  direktoru Q. Muradov    və  Qusar    Peşə   Liseyinin  direktoru  İ.  Zəkiyev çıxış  edib, liseyin    müəllimi    F.   Qazıyevanın    təqdimatı    dinlənilib. Görüşün    sonunda    Qusar Peşə Liseyinin yarandığı altı il  ərzindəki  fəaliyyətini əks etdirən  video-çarx    nümayiş   etdirilib,  şagirdləri  maraqlandıran  suallar  cavablandırılıb.


Açar sözlər: