08.05.2019

Müsabiqə qalibi

Mayın 7-də ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə təşkil olunmuş “Ən yaxşı təqdimat” müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib. Tədbir iştirakçıları əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib, abidəsi önünə gül dəstələri qoyublar.

Qaliblər sırasında Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Seyidova Aynur Ağasi qızı da olub. Bu münasibətlə məktəbdə keçirilən tədbirdə məktəbin direktoru B. Zəkiyev Aynuru, məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Məsumə müəllimi bütün pedaqoji kollektiv adından təbrik edib.


Açar sözlər: