13.05.2019

Bilik yarışması

    Rayonun  Zindan Muruq qışlaq kənd ümumi orta məktəbində Ümummilli lider Heydər  Əliyevin anadan olmasının 96-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbirin təşkilatçısı, məktəbin tarix müəllimi E. Ələskərov Ümummilli lider H. Əliyevin həyat və fəaliyyətindən danışıb və dahi rəhbərin memarı olduğu müstəqil Azərbaycan Respublikasının onun şah əsəri olduğunu qeyd edib. Tədbirdə şagirdlər vətənpərvərlik ruhunda olan seirlər səsləndirib. Sonra məktəbin şagirdlərindən ibarət ”Zirvə”, ”Odlar Yurdu” və ”Tarixçi” komandaları arasında bilik yarışması keçirilib. Bütün komandaların fəallığı ilə keçən yarışmada şagirdlər yüksək  bilik və bacarıq  nümayiş etdiriblər. “Lider” komandası  daha yüksək nəticə göstərərək qalib adını qazanıb. Qaliblərə mükafatlar təqdim olunub.


Açar sözlər: