17.05.2019

Məktəbdə bayram tədbiri

Artıq ənənə şəklini almış “Əlifba bayramı” tədbiri rayonun ümumtəhsil  məktəblərində təntənə ilə qeyd olunur.

B.Ağaverdiyev adına şəhər 1 saylı tam orta məktəbində keçirilən birincilərin bayramı Azərbaycan Respublikasının Dövlət Himninin  səslənməsi ilə başlanıb. Məktəbin direktoru A. Xəlilov şagirdləri, onların müəllimlərini və valideynləri birincilərin bayramı münasibətilə təbrik edib. Sonra çıxış edən birincilər şən nəğmələri, şerləri və rəngarəng  səhnəcikləri ilə iştirakçılara xoş anlar yaşadıb.

Tədbirdə iştirak edən rayon Təhsil Şöbəsinin ibtidai siniflər üzrə metodisti N. Babayeva ibtidai sinif müəlliminin insan həyatında böyük rol oynadığını qeyd edib və  birinci sinifi bitirən şagirdlərə gələcək təhsillərində uğurlar və müvəffəqiyyətlər arzulayıb.


Açar sözlər: ,