24.08.2019

Tələbələrlə görüş

22 avqust tarixində rayon Mədəniyyət Sarayında rayon İH-nin başçısı Ş. Alxasovun təşəbbüsü ilə rayonun ali məktəb tələbəsi olmuş məzunları ilə görüş keçirilib. Tədbirdə çıxış edən rayon İH-nin başçısı Ş. Alxasov tələbələri təbrik edib, onlara gələcək təhsil illərində nailiyyətlər arzu edib.

Görüşdə rayon Təhsil Şöbəsinin müdiri N. Fərzəliyev 240 nəfərə qədər məzunun tələbə adını qazandığını, qəbulda 34 nəfər məzunun 500-700 bal arası nəticə göstərdiyini, eləcə də 500-dən yuxarı bal toplayan məzunların sayında  ildən-ilə artım müşahidə olunduğunu qeyd edib.

Çıxış edən  “Ədəbiyyat biliciləri” respublika müsabiqəsinin qalibi, şəhər 1 saylı tam orta məktəbini qızıl medalla bitirərək 638 balla Azərbaycan Dövlət Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi olmuş M. Vəlıimətova, şəhər 6 saylı tam orta məktəbinin gümüş medallı məzunu, 629 balla Azərbaycan Neft və Sənaye Universitetininə qəbul olunmuş F. Ramazanov onlara göstərilən diqqət və qayğıya görə rayon rəhbərliyinə minnətdarlıq edib, gələcəkdə vətənə layiqli övlad olacaqlarını bildiriblər.

Sonda qəbulda yüksək nəticə göstərən məzunlara qiymətli hədiyyələr təqdim olunub və xatirə şəkili çəkilib.


Açar sözlər: ,  ,