23.09.2019

Beynəlxalq  Sülh Günü qeyd  olunub

“Sülh  aylığı”  cərçivəsində  21  sentyabr Beynəlxalq Sülh Günü münasibətilə Qusar rayon  Təhsil  Şöbəsi, Heydər  Əliyev   Mərkəzi, Tarix-Diyarşünaslıq   Muzeyi,   2 saylı    körpələr  evi-uşaq bağçasının təşkilatçılığı ilə  B.Ağaverdiyev adına şəhər 1 saylı tam orta  məktəbində “Sülh  milyonların  arzusudur”  mövzusunda    tədbir    keçirilib.

Tədbirdə respublikamızda  insan  hüquq  və   azadlıqlarının  müdafiəsi  istiqamətində görülən işlər,   Azərbaycan multikulturalizmi, milli-mənəvi dəyərlərimizin    qorunması  ilə  bağlı  keçirilən tədbirlər  barədə  danışılıb.

 Tədbirin sonunda uşaqların və məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim olunub.


Açar sözlər: ,