28.10.2019

Yubiley tədbiri keçirilib

Oktyabrın 24 -də Qusar şəhər 4 saylı  tam orta məktəbində tanınmış rus şairi Mixail Yuryeviç Lermontovun anadan olmasının 205 illiyinə həsr   olunmuş  tədbir   keçirilib.

Tədbirdən qabaq Ümummilli lider Heydər  Əliyevin  abidəsi  ziyarət  olunub,  M.Y. Lermontovun  1837 -ci  ildə  Qusarda   yaşadığı evin  qarşısındakı    xatirə   lövhəsinin  önünə   gül   dəstələri   qoyulmaqla  şairin  xatirəsi   yad   edilib.

Rayonun  rus   dili  müəllimlərinin  və  yuxarı  sinif  şagirdlərinin  də iştirak etdiyi  tədbiri giriş sözü  ilə  açan RTŞ-nin  müdiri N.Fərzəliyev  ümumtəhsil    məktəblərində rus dilinin tədrisi ilə bağlı görülən işlər, məktəblilərin müxtəlif səpkili müsabiqə və olimpiadalarda iştirakı barədə danışlb, bu qəbildən olan   tədbirlərin  Azərbaycan-Rusiya mədəni  əlaqələrindəki  rolunu  vurğulayıb.

Tədbirdə   Qusar  şəhər  4  saylı  tam orta  məktəbinin  müəllimi   G. İslamovanın,   Azərbaycandakı   rus dilli    tədris  müəssisələri  Assosiasiyasının  sədri  L.T.Yakuninan,  Rusiya   İnformasiya - Mədəniyyət   Mərkəzinin   əməkdaşı   Y. K. Şişkanovanın,  Rusiya   Dövlət  Lermontov   Muzeyinin   əməkdaşları Y. V. Savoçkina  və  M. F.  Aleksandrovanın  çıxışları   dinlənilib.  Sonda Qusar   məktəblilərinin   ifasında  Lermontovun   Azərbaycan,   rus   və  ləzgi   dillərində    şeirləri   səslənib,    şairin   Penza  vilayətindəki   Tarxanovo   ev-muzeyini və  Lermontovun    həyatını  əks    etdirən    video-çarx   nümayiş   olunub.


Açar sözlər: