28.10.2019

Maraqlı tədbir

E. Güləliyev adına Qusar şəhər 2 saylı tam orta məktəbində tez-tez şagird və valideynlərin marağına səbəb olan müxtəlif musabiqələr təşkil olunur.

Məktəbin 4 "b" sinifin müəllimi S. Şalbuzovanın rəhbərliyi ilə keçirilən "Qızıl payız" müsabiqəsi də maraqla qarşılanıb. Şagirdlərin fəal iştirakı ilə baş tutan tədbirdə onların əl işlərindən ibarət eksponatlar, səbətlərə düzülmüş yarpaqların içində payız meyvələri, müxtəlif rəsmlər valideyn və müəllimlər tərəfindən yüksək qiymətləndirilib.  


Açar sözlər: ,