04.11.2019

“Uşaq Hüquqları Aylıgı” çərçivəsində tədbir

B. Ağaverdiyev adına şəhər 1 saylı tam orta məktəbində  BMT tərəfindən Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsininn 30 illiyi ilə əlaqədar elan edilən “Uşaq Hüquqları Aylıgı” çərçivəsində tədbir keçirilib.

Tədbirdə məktəbin direktoru A. Xəlilov, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkil Aparatının Quba Regional şöbəsinin müdiri B. Əfəndiyev, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba Regional şöbəsinin müdir müavini R. Xudayev və Qusar RİHB Aparatının məsul işçisi K. Əsədullayev çıxış edib.

Sonda şagirdlərin Uşaq hüquqları üzrə sualları cavablandırılıb.


Açar sözlər: