20.11.2019

50 yaşlı məktəb

Şəhərdə sayılıb-seçilən tədris müəssisələrindən olan, gənc nəslin təlim-tərbiyəsində böyük uğurlara imza atan N. Məmmədəliyev adına şəhər 3 saylı tam orta məktəb fəaliyyətə başlamasının 50 illiyini qeyd edib.

 1969-cu ildə beynəlmiləl orta məktəb kimi fəaliyyətə başlayan şəhər 3 saylı tam orta məktəbin həyətində bu gün böyük canlanma var idi. Məktəbin kollektivi, şagirdlər, uzun illər boyu təhsil ocağında çalışmış müəllimlər doğma məktəbin yubileyinə toplaşmışdılar.

Yubiley tədbirini giriş sözü ilə açan məktəbin direktoru Sədaqət Kərəməliyeva bu günkü tədbirdə iştirak etdiyinə görə hamıya dərin minnətdarlığını bildirib və  sözü tədbir iştirakçılarına verib. Uzun illər məktəbdə gənc nəslin təlim-tərbiyəsi ilə məşğul olmuş təcrübəli müəllimlər məktəb illərini xatırlayıb, pedaqoji kollektivi yubiley münasibətilə təbrik ediblər.

Tədbirdə iştirak edən  Təhsil Şöbəsinin Metodik Mərkəzinin direktoru Q. Muradov əlamətdar gün münasibətilə məktəbin pedaqoji kollektivini, məzunları və şagirdləri rayonun bütün təhsil işçiləri adından təbrik edib, onlara təhsildə, həyatda yeni uğurlar arzulayıb.

Yubiley tədbiri məktəb bədii özfəaliyyət kollektivinin hazırladığı ədəbi-bədii kompozisiya ilə davam etdirilib.


Açar sözlər: ,  ,