09.12.2019

Rayonun təhsil işçiləri ağac əkmə aksiyasında iştirak edib

    Dahi şair Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Bir gün ərzində 650 min ağac əkək” təşəbbüsü rayonun ümumtəhsil məktəblərinin müəllim və şagird kollektivləri tərəfindən yüksək əhval-ruhiyyə ilə qarşılanıb və onlar bu möhtəşəm tədbirə böyük həvəslə qoşulublar.

    Ölkə ərazisində yaşıllıq sahələrinin artmasına mühüm töhfə verəcək ağac əkmə aksiyasında rayon Təhsil Şöbəsinin əməkdaşları və şəhər məktəblərinin müəllim və şagird kollektivləri də yüksək əhval-ruhiyyə ilə fəal iştirak ediblər.


Açar sözlər: