16.01.2020

"Unutsaq unudularıq" mövzusunda tədbir

Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbində 20 Yanvar faciəsi qurbanlarının xatirəsinə həsr olunmuş "Unutsaq unudularıq" mövzusunda tədbir keçirilib.

Tədbirdə məktəbin müəllim və şagird kollektivi, valideynlər, şəhid Milli Qəhrəman Çingiz Qurbanovun atası S. Qurbanov, Qarabağ müharibəsi veteranı, şəhid ailələrinin ictimai birliyinin Qusar rayon filialının sədri C. Hörmətov,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar Rayon Şöbəsinin nümayəndəsi, şəhid Sərvər Abdulkərimovun oğlu F. Abdulkərimov, şəhid Nəcəf Balaqadaşovun qardaşı B. Balaqadaşov, Qarabağ qazisi H. Abdullayev və başqaları iştirak edib. Tədbirdən əvvəl qonaqlar şəhidlərin xatirəsinə həsr olunmuş güşə və məktəbin hərbi otağı ilə tanış olublar. Çıxışlarda Azərbaycan ordusunun mübarizə əzmindən söz açılıb, şagirdlərin ifasında şeirlər dinlənilib və şəhid atası S. Qurbanov yeniyetmələrə öz tövsiyələrini bildirib. Sonda Quba-Qusar batalyonuna və Milli Qəhrəman Çingiz Qurbanova həsr olunmuş  videoçarx izlənilib və qonaqlarla xatirə şəkli çəkilib.


Açar sözlər: