21.01.2020

Şəhidlərin xatirəsi yad edilib

17 yanvar 2020-ci il tarixində akademik T. İsmayılov adına şəhər 6 saylı tam orta məktəbin 20 Yanvar faciəsinin 30 illiyinə həsr olunmuş tədbirlər keçirilb, şagirdlərin əl işlərindən ibarət rəsm sərgisi təşkil olunub, məktəbin kitabxanasında keçirilən  “dəyirmi masa”da şagirdlər 20 yanvar faciəsinə aid fikir mübadiləsi aparıblar.

Həmin gün məktəbin müəllimləri və yuxarı sinif şagirdləri tərəfindən rayonda yerləşən Şəhidlər Xiyabanı da ziyarət edilib, şagirdlər şəhidlərin qəbirləri üstünə qərənfillər düzüblər.

Məktəbin akt zalında davam etdirilən tədbirdə şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra məktəbin müəllimi X. Perverdiyeva 20 yanvar tarixində Azərbaycan xalqının iradəsini qırmaq üçün sovet qoşunlarının Bakı şəhərində və digər bölgələrdə törətdiyi  vəhşiliklər haqqında məlumat verib və qeyd edib ki, şəhidlərin xatirəsi hər zaman əziz tutulur, daim anılır, adları əbədiləşdirilir.

Tədbirin sonunda 20 yanvar faciəsini əks etdirən filimdən bir parça nümaiş etdirilib.


Açar sözlər: ,