03.03.2020

Mülki Müdafiə günü ilə bağlı tədbir

28 fevral 2020-ci il tarixində şəhər 4 saylı tam orta məktəbində Mülki Müdafiə günü ilə bağlı tədbir keçirilib. Tədbirə məktəbin darvazası, giriş və çıxış qapılarında mühafizə məntəqələrinin qurulması ilə başlanıb. Məktəbin hərbi rəhbəri münsiflər heyətinə Mülki Müdafiə gününün keçirilməsinin məqsədi barədə məlumat verdikdən sonra məktəbin direktoru müəllim və şagird heyətini tədbirlə bağlı məlumatlandırıb və qeyd edib ki, məktəbin həyətində Mülki Müdafiə avadanlıqlarından ibarət sərgi qurulub, foyedə qoyulmuş monitorda isə tədbirlə bağlı keçirilən təlim və məşqlərə aid filmlər nümayış etdiriləcək.

          Qəza şəraitində verilən səs siqnalı eşidiləndə bütün müəllim, texniki işçi və şagird heyəti təhlükəsiz əraziyə çıxarılıb. Yaradılmış sanitar məntəqəsində XI sinif qızlarından ibarət 4 nəfərlik 2 qrup yaralılara ilkin tibbi yardım göstərib, XI sinif oğlanlarından təşkil olunan 5 nəfərlik 2 dəstə isə yaralıları “təhlükəli” ərazidən çıxarıb. Bundan əlavə ərazidə yanğın vəziyyəti yaradılıb və bu yanğın şagirdlər tərəfindən müxtəlif vasitələrlə söndürülüb. VIII sinif şagirdləri əleyhqazlardan istifadə qaydalarını nümayiş etdirib və zəhərli zonada “kəşfiyyat” işləri aparıblar. V-VI sinif şagirdləri arasında  Mülki Müdafiə gününə aid rəsm müsabiqəsi, viktorina, X sinif qızları arasında isə tənzif maskalarının taxılması üzrə yarış keçirilib.

            Tədbir iştirakçılar tərəfindən maraqla qarşılanıb.


Açar sözlər: